Qadınlar arasında “İdman Həyatdır” adlı badminton turniri keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadınlar arasında “İdman Həyatdır” adlı badminton turniri keçirilib.
Azərbaycan Badminton Federasiyasının təşəbbüsü ilə təşkil edilən badminton turnirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin nümayəndələri iştirak edib.
Tədbirin təşkilində əsas məqsəd cəzaçəkmə müəssisəsində olan qadınların cəmiyyətə inteqrasiyası, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması, fiziki inkişafının və sağlam həyat tərzinin formalaşdırılmasıdır.
Turnirin sonunda ilk 3 yerin qalibinə dəyərli hədiyyələr və diplomlarla təqdim edilib.