2 fevral- Azərbaycan Gəncləri Günüdür

2 fevral 2023

Paylaş:

Dövlət gənclər siyasətinin əsasını qoyan Ulu öndər Heydər Əliyev, Azərbaycanın işıqlı sabahlarını gənclərdə görür, onlara qayğı və sevgisini hər zaman hiss etdirirdi. Ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildə ilk dəfə Azərbaycan gənclərinin forumu keçirildi və Gənclər Günü təsis edilməsi müstəqilliyimizin ilk illərində uğurlu gənclər siyasətinin formalaşması üçün zəmin rolunu oynadı.

Bu gün Azərbaycanda gənclər üçün yaradılmış geniş imkanlar, onların uğurlu, intellektual və hərtərəfli inkişaf edən vətəndaşlar kimi formalaşmasını şərtləndirir. Gəncliyimiz, ölkə həyatının bütün sahələrində fəal iştirak edir, mühüm proseslərə qoşularaq, baş verən hadisələrə təsir göstərir, həlledici rol oynayır.

Təsadüfi deyil ki, qəlbində Vətən sevgisi olan və onun yolunda canını verməyə hazır olan hər bir gənc, Ali Baş Komandana güvən hissi ilə yumruq kimi birləşərək, Zəfər yolunda addımladı. Bu gün bu işıqlı gənclik işğaldan azad edilən torpaqlarda şövqlə böyük qayıdış hərəkatına qoşularaq, gələcəyimizi qurur.

Biz GƏNCLİYİMİZLƏ qürur duyuruq!