“Şəxsi inkişaf və karyera planlaşdırılması” mövzusunda tədbir keçirilib

5 dekabr 2022

Paylaş:

Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa Humanitar Kollecinin tələbələri üçün “Şəxsi inkişaf və karyera planlaşdırılması” mövzusunda tədbir keçirilib.

Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov təqdimatla çıxış edərək, dövlət tərəfindən gənc ailələrin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, eyni zamanda iş axtarışının düzgün aparılması ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.

Mövzu ətrafında müzakirələrlə davam edən tədbirdə 70 yaxın tələbə iştirak edib.