Avropa Şurasının Gender Bərabərliyi üzrə Komissiyasının 22-ci sessiyası keçirilib

19 noyabr 2022

Paylaş:

16-18 noyabr 2022-ci ildə tarixlərində Fransanın Strasburq şəhərində keçirilən sessiyada Avropa Şurasının növbəti "Gender Bərabərliyi Strategiyası"na (2024-2029) hazırlıq, qadınların ədliyyəyə çıxışı, qadın və qızlara qarşı zorakılıqla mübarizə, miqrant, qaçqın və sığınacaq axtaran qadınlar, həmçinin gender stereotipləri və seksizmə qarşı mübarizə və qarşısının alınması məsələləri ətrafında üzv dövlətlərin nümayəndələri ilə tematik müzakirələr aparılıb.

Sessiya çərçivəsində "Gender bərabərliyi və qadınlara qarşı zorakılıqla mübarizə siyasətlərində kişi və oğlanların yeri"nə dair Təlimat sənədinin mətni üzv dövlətlərin nümayəndələri ilə razılaşdırılıb.

Bununla yanaşı, COVID-19 pandemiyasının qadınların ədliyyəyə çıxışına təsirinə dair aparılmış araşdırmanın nəticələri müzakirə edilib, araşdırmaya dair üz dövlətlərin rəy və təklifləri dinlənilib.

3 gün davam edən sessiya müddətində Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov təmsil edib.

Sessiya zamanı Fərid Ədilov qeyd edilən məsələlərlə bağlı ölkəmizdə həyata keçirilən fəaliyyətlərə dair yenilənmiş məlumatları Komissiyanın nümayəndələri ilə bölüşüb, həmçinin yuxarıda qeyd edilən sənədlərə dair müvafiq təklif və dəyişikilər edilməsini tövsiyə edərək, digər nümayəndələrlə razılaşdırılmasını təmin edib.