Zəngilanın işğaldan azad olunmasından 2 il ötür

20 oktyabr 2022

Paylaş:

44 günlük Vətən müharibəsi dövründə rəşadətli Azərbaycan Ordusu tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində Zəngilan rayonu düşmən işğalından azad olunduqdan sonra sürətlə bərpa-quruculuq işlərinə başlanıldı. Bununla da Zəngilan rayonunun yeni inkişaf dövrü başladı və “Böyük Qayıdış” layihəsi hazırlandı. Birinci layihə Zəngilan rayonunda icra edildi.

Ağalı kəndində müasir standartlara uyğun kənd salındı. Kənddə bütün infrastrukturlar yeni metodlarla layihələşdirildi: mənzillər, məktəb, tibb məntəqəsi, bağça və s. Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi göstərişinə əsasən Ağalı kəndi yeni ağıllı kənd layihəsi ilə həyatı qaytarıldı.