Komitə sədri Bahar Muradova Gəncədə vətəndaşları qəbul edəcək

17 oktyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 27 oktyabr 2022-ci il tarixində, saat 10:00-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.