”ASAN məktub” layihəsi davam etdirilir

29 iyun 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla davam etdirir.

Layihənin keçirilməsində məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır. Bu dəfə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin köməkliyi ilə qəsəbədə yaşayan, aztəminatlı ailələrdən olan 15 uşağın məktubda yazdığı hədiyyələr öhdəçiliyə götürüb xeyirxah vətəndaşlardan təhvil alınaraq, aidiyyatı üzrə öz sahibinə təqdim edilib.

Siz də www.asanmektub.az saytına daxil olaraq, bir uşağın məktubunu öhdənizə götürməklə onları sevindirə bilərsiniz.