20 yanvar şəhidlərinin anım günü

18 yanvar 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Göygöl, Ağdam, Zaqatala, Qəbələ və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri 20 yanvar şəhidlərinin anım günü münasibətilə silsilə tədbirlər keçirmişdir. Tədbirdə Mərkəzin xidmətindən bəhrələnən uşaqlar, təhsil müəssisələrinin müəllim və şagird kollektivi, müxtəlif idarə və təşkilatların nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları şəhidlərin məzarı üstə qərəfillər qoymuş, onların ruhunu bir dəqiqəlik sükutla yad etmişdirlər. Çıxış edənlər 20 yanvar şəhidlərinin heç vaxt unudulmayacağını, hər zaman yaddaşlarda qalacağını bildirmişdirlər. Bu günün təkcə hüzn günü kimi yox, əliyalın xalqın tankın, pulemyotun üzərinə gedərək, Vətən  azad yaşasın deyə ölümün gözünün içinə dik baxaraq şəhidlik zirvəsinə yüksələn xalqın qəhrəmanlıq tarixidir.

Tədbirdə Mərkəz xidmətindən bəhrələnən uşaqlar 20 yanvara aid şerlər, bayatılar söyləmiş, səhnəciklər nümayiş etmiş və  video roliklər izləmişdirlər