44-cü Ümumdünya Şahmat Olimpiadasında qızlarımızdan ibarət millimiz uğur qazanıb

9 avqust 2022

Paylaş:

Bu günlərdə 44-cü Ümumdünya Şahmat Olimpiadasında qızlarımızdan ibarət millimizin uğurlu çıxışı hər zaman olduğu kimi yenə də bizi sevindirir. İnanırıq ki, qızlarımızın qazandığı uğurlar dünya arenasında Azərbaycanı layiqincə təmsil etmələri ilə yanaşı, eyni zamanda bu intellektual idman növünə olan xüsusi marağının daha da artmasına və kütləviləşməsinə mühüm töhfə verəcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də qızlar arasında intellektual oyunlara marağın təşviqi, analitik düşünmə qabiliyyətinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlərə böyük önəm verir. Növbəti layihə kimi Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qax rayonunda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 170 qızın iştirakı ilə şahmat üzrə turnir və ustad dərsləri keçirilmişdir. Layihə çərçivəsində digər regionlarda da bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.