Uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir

5 avqust 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə Komitənin Ağdam, Göygöl, Saatlı, Qəbələ Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə qazi və şəhid övladları, mərkəzlərin fəaliyyətlərindən bəhrələnən aztəminatlı ailələrdən olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli oyunlar, o cümlədən peşələrə marağın artırılmasına dair müxtəlif tədbirlər keçirilir.

Qeyd edək ki, yay aylarında bu cür tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.