“Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda təşkil olunan Yay Təlim Proqramının ikinci günü başa çatdı

26 iyul 2022

Paylaş:

Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda təşkil olunan Yay Təlim Proqramının ikinci günü başa çatdı

Proqramın ilk günündə təlimin proqramı və məqsədləri diqqətə çatdırılıb. Eyni zamanda təlimçilər və iştirakçılarla tanışlıq olub.

Daha sonra media üzrə ekspert, s.e.ü.f.d Aynur Bəşirli mediada gender stereotipləri, nifrət nitqi və cinsiyyətçilik ilə mübarizə mövzusu üzrə məlumatları diqqətə çatdırıb, qrup işi üzrə müzakirələr keçirib.

Hüquqşünas Ələsgər Məmmədli yeni qəbul edilmiş “Media haqqında” Qanun, yeni yanaşmalar, cəmiyyətdə gender əsaslı ayrı-seçkiliyin yayılmasında və qarşısının alınmasında medianın rolu, qadın və uşaqların hüquqlarının qorunmasını təşviq edən beynəlxalq standartlar və yerli qanunvericiliyin tələbləri, media peşəkarlığı aspektindən məsələyə baxış, etik və hüquqi məsələlər üzrə təqdimatla çıxış edib.

Daha sonra Komitə əməkdaşı Sevil Rəsulzadə liderlik bacarıqlarının inkişaf etdirilməsi, psixoloq Rövşən Nəcəfov nüfuz və strategiya mövzuları üzrə təlimi aparıblar.

Qeyd edək ki, Yay Təlim Proqramı 5 gün ərzində İsmayıllı rayonunda keçirilir.