Uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir

20 iyul 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Dövlət Komitəsinin Göygöl, Hacıqabul, Qəbələ, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə mərkəzlərin xidmətlərindən bəhrələnən, xüsusi qayğıya ehtiyacı olan uşaqların rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Mərdəkan Dendroloji Parkına ekskursiyaları təşkil edilib.

Ekskursiyalarla yanaşı, uşaqlarda mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişaf etdirilməsi məqsədilə UADM-lərdə, kitabxanalarda, dənizkənarında müxtəlif tədbirlər keçirilib.

Tədbirlərdə mərkəz əməkdaşları tərəfindən uşaqlara əyləncəli və intelektual oyunlar təşkil edilib.

Qeyd edək ki, yay aylarında belə tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.