Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Derya Yanık Nizami rayonunda fəaliyyət göstərən “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət edib

20 iyul 2022

Paylaş:

20 İyul 2022-ci il tarixində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Derya Yanık Nizami rayonunda fəaliyyət göstərən “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət edib.

Mərkəzin direktoru Aytən Eynalova naziri mərkəzdə Heydər Əliyev Fondu tərəfindən yaradılan şəraitlə tanış edib və hazırda 90-na yaxın Autizm Spektr Pozuntusu daxilində olan şəxslərə verilən dəstək proqramları haqqında ətraflı məlumat verib.

Sinif otaqlarındakı təlim prosesi ilə tanış olan nazir mərkəzdə tətbiq olunan proqramlar, onların tətbiqi prosesini əyani şəkildə izləyib.

Daha sonra gənc və yeniyətmə autizmli şəxslərin peşə bacarıqlarının inkişaf etdirildiyi mərkəzin emalatxana hissəsi ilə tanış olan D. Yanık mərkəzin daxilində fəaliyyət göstərən “Kaşalata” kafedə Autizm Spektr Pozuntulu gənclərdən ibarət “Mavi Ürəklər” xor qrupunun ifasında mahnıları dinləyib.

Daha sonra kafenin autizmli gəncləri tərəfindən hazırlanan müxtəlif təamlar qonaqlara təqdim olunub.

Görüş zamanı autizmin müalicəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Sonda uşaqlar və mütəxəssislərin iştirakı ilə xatirə fotosu çəkdirilib.