Qadın hakim Məhkəmə-Hüquq Şurasına üzv seçilib

29 iyun 2022

Paylaş:

Məhkəmə-Hüquq Şurasına birinci instansiya üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Şəlalə Həsənova seçilib.

Qeyd edək ki, 1979-cu ildə anadan olan Ş.Həsənova 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. O, 2000-2010-cu illərdə Ali Məhkəmədə məsul katib və Plenum Katibliyinin baş məsləhətçisi, 2010-2019-ci illərdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Hazırda isə Bakı İnzibati Məhkəməsinin hakimi kimi fəaliyyət göstərir.

Şəlalə Həsənovanı bu münasibətlə təbrik edir, şərəfli və məsuliyyətli vəzifəsində uğurlar arzu edirik!