“Gələcəyimizi bir yerdə qoruyaq, narkomaniyaya Yox deyək!” adlı onlayn tədbir keçirilib

6 iyun 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən tədbirlərin davamı olaraq, Sabirabad rayon Babək Rəhimov adına tam orta məktəbin müəllim-şagird heyəti və valideynlərin iştirakı ilə “Gələcəyimizi bir yerdə qoruyaq, narkomaniyaya Yox deyək! adlı onlayn tədbir keçirib.

Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən danışıb.

Sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın əməkdaşı Ulkər Camalova narkomaniyanın fəsadlarından, insan sağlamlığına və həyatına göstərdiyi mənfi təsirlərdən danışaraq iştirakçılara geniş məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.