“Ailə Festivalı”na Siz də qoşulun!

14 may 2022

Paylaş:

    Tarix: 16 may 2022-ci il

    Saat: 14:00-18:00

    Ünvan: Bakı şəhəri, Xətai rayonu, “Gənclik” parkı.

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş festival keçiriləcək.

Festivalın əsas məqsədi oğlanlara üstünlük verilməsi fenomeninin qarşısının alınması, qız övladının dəyərinin təşviqi və ailədə bərabər qayğı modelinin təbliğinə xüsusi diqqət yetirməklə gender stereotipləri ilə mübarizəyə töhfə verməkdən ibarətdir.

Rəsmi, bədii və əyləncə hissəsindən ibarət olan festivalda layihə və festivalın məqsədlərindən bəhs edən çıxışlar dinləniləcək, rəqslər və mahnılar ifa olunacaq. Əyləncə hissəsində ailələr arasında gender stereotiplərini qırmağa yönəlmiş “Qızının saçını hör”, “Mən uşağımı nə dərəcədə yaxşı tanıyıram?” kimi müsabiqələr keçiriləcək. Festivalın gedişatı boyu müxtəlif əyləncə və idman guşələri iştirakçıların ixtiyarına veriləcək.