Komitə yenidən könüllü qəbuluna start verir

17 fevral 2022

Paylaş:

Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini atırmaq, onların innovativ potensialını üzə çıxarmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yenidən könüllü qəbuluna start verir.

Könüllülər sırasına qoşulmaq istəyən gənclər 20 fevral-20 mart 2022-ci il tarixlərində scfwca.gov.az saytında "Elanlar" bölməsinə daxil olaraq “Könüllü anketi”ni doldurub regionmerkez@gmail.com elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

Seçimlərdə sosial iş fakültəsinin tələbələrinə və məzunlarına üstünlük veriləcəkdir.

Könüllü fəaliyyət göstərmək üçün müraciət forması