”ASAN məktub” layihəsi

13 aprel 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla davam etdirir. Layihənin keçirilməsində məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır. Bu dəfə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin köməkliyi ilə qəsəbədə yaşayan, aztəminatlı ailələrdən olan 7 uşağın məktubda yazdığı hədiyyələr öhdəçiliyə götürmüş xeyirxah vətəndaşlardan təhvil alınaraq, aidiyyatı üzrə öz sahibinə təqdim edilmişdir.