Tvinninq layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı növbəti təlimlər keçirilib

29 oktyabr 2021

Paylaş:

“Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində təlimlər keçirilib.

28-29 oktyabr 2021-ci il tarixlərində “Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda keçirilən təlimlər Litvanın Sosial Təminat və Əmək Nazirliyinin əməkdaşları Daina Urbonaitienė və Audra Mikalauskaitė tərəfindən aparılıb.

Avropa İttifaqı tərəfindən dəstəklənən təlimlərdə sosial işçilər, psixoloqlar, bələdiyyə nümayəndələri və yerli icra hakimiyyəti orqanları yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri olmaqla, ümumilikdə 30 nəfər iştirak edib.