Tərtər terrorundan bir il ötür

15 oktyabr 2021

Paylaş:

Oktyabrın 15-i 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Tərtər şəhərini ağır artilleriya silahlarından intensiv atəşə tutub, 4 nəfər dinc sakin qəbiristanlıqda dəfn mərasimi keçirilərkən həlak olub, 4 nəfəri isə yaralanıb.
44 günlük Vətən müharibəsi ərzində Tərtər rayonu Ermənistanın terrorçu rəhbərliyi tərəfindən dəfələrlə atəşə məruz qalmış, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq dinc əhaliyə qarşı müharibə cinayətləri törədilmişdir. Mülki əhalinin sıx yaşadığı ərazilərə iri çaplı silahlardan, eləcə də qadağan edilmiş və son dərəcə təhlükəli fosforlu bombalardan, reaktiv yaylım atəşindən istifadə edilməklə zərbələr endirilmiş, biri uşaq olmaqla 17 nəfər həlak olmuş, 58 nəfər yaralanmışdır.