Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən növbəti “açıq qapı” günü keçirilib

13 oktyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixində COVİD-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Bakı şəhərinin Nəsimi və Xəzər rayonları, eləcə də 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərində və 9 rayon üzrə İcma Resurs Mərkəzlərində hüquqşünas, psixoloq,sosial pedaqoq, sosial iş üzrə mütəxəssislərin iştirakı ilə “açıq qapı” günü keçirilib.

“Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 409 müraciət dinlənilib, vətəndaşlara psixoloji, hüquqi və sosial iş üzrə dəstək göstərilib. Müraciətlər arasında  ailədaxili münasibətlərin tənzimlənməsi, boşanmadan sonra uşaqla ünsiyyətin qurulması, sosial şəbəkə və virtual oyunlardan asılılıqla mübarizə,mərkəzlərin xidmətlərindən istifadə edilməsi, uşağın müalicəsinə köməklik, məşğulluq, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət qaydası, təqaüdlər, əlillik dərəcəsinin dəyişdirilməsi, qəyyumluq və himayəçilik, alimentin alınması, yaşayış yeri ilə təmin olunmavə s. kimi məsələlər yer almışdır.

Qeyd edək ki, növbəti aylarda da “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub və bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytında və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.