“Qələbəyə doğru” intellektual oyunu

20 aprel 2016

Paylaş:

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar məktəblilər arasında “Qələbəyə doğru” intellektual oyunun növbəti regional seçim turu İmişli rayonunda keçirilib.

Təşkil olunan yarışda İmişli, Beyləqan, Füzuli, Saatlı, Hacıqabul, Kürdəmir, Ağsu, Şirvan və Sabirabad rayonlarını təmsil edən 9 komanda iştirak edib. Komandaların tərkibinə dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəbli daxil edilib.

Zərifə Əliyevanın xatirəsinə həsr olunan “Nur dolu ömür” filminin nümayişindən sonra yarışlara start verilib. Görkəmli alimin həyat və fəaliyyəti ilə bağlı sualları daha tez və doğru cavablandıran İmişli rayonunun komandası seçim turunun qalibi olub və yarışın final mərhələsində iştirak etmək hüququ qazanıb.

Final mərhələsi aprelin 28-də Bakı şəhərində keçiriləcək.