Uşaq və Ailələrə Dəstək Mərkəzlərində Bilik Günü münasibətilə tədbirlər keçirilib

16 sentyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan, Goranboy və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərində “Bilik Günü” münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə şəhid və qazi, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları, eləcə də mərkəzlərin könüllüləri iştirak ediblər.

Mərkəz nümayəndələri yeni dərs ilinin başlanması münasibətilə uşaqları təbrik edərək onlara təhsildə yüksək nəticələr arzulayıblar.

Sonda uşaqlara məktəbli çantası və dərs ləvazimatları hədiyyə edilib.