Forum iştirakçıları üçün yay məktəbi keçiriləcək

27 avqust 2021

Paylaş:

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə iştirakçılar üçün “Lider olmaq istəyirəm!” adlı yay məktəbi 30 avqust tarixindən başlayacaq.

Sentyabrın 10-dək davam edəcək yay məktəbində Foruma seçim turlarında fəallığı ilə seçilən uşaqlar, o cümlədən şəhid və qazi övladları daxil olmaqla 60 nəfər iştirak edəcək.

Yay məktəbinin keçirilməsində məqsəd Forumda müzakirə ediləcək mövzularla bağlı uşaqları məlumatlandırmaq, onları iştiraka hazırlamaq və tədbirlərin idarə edilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirməkdir.

10 gün ərzində uşaqlar, karantin qaydalarına uyğun olaraq 2 qrupda aidiyyəti mövzular üzrə mütəxəssislər və ekspertlərin keçirdiyi təlimlərə qatılacaq. Bununla yanaşı müxtəlif interaktiv bilik yarışları, əyləncəli oyunlar keçiriləcək, uşaqların hazırladıqları təqdimatlar, çıxışlar dinləniləcək.

#LiderOlmaqIstəyirəm #UşaqForumu #YayMəktəbi #AzərbaycanUşaqlarınınVÜmumrespublikaForumu