Uşaqların yay istirahətinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır

27 avqust 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən uşaqların yay istirahəti və asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlərin keçirilməsi davam etdirilir.

Ağdam, Hacıqabul, Göygöl və İsmayıllı rayonlarında mərkəzlərin əməkdaşları tərəfindən uşaqların istedadlarının üzə çıxarılması, bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif şən və əyləncəli oyunlar keçirilib, parklara və kitabxanalara ekskuriyalar təşkil edilib.

Qeyd edək ki, uşaqların həmyaşıdları ilə birlikdə vaxt keçirməsi onların intellektual və mənəvi inkişafında müstəsna əhəmiyyət daşıyır.

Tədbirlərdə UADM-in əməkdaşları, benefisiarlar və mərkəzin könüllüləri iştirak ediblər.