Qadın Resurs Mərkəzlərində görüşlər davam etdirilir

14 avqust 2021

Paylaş:

11-13 avqust 2021-ci il tarixlərində Zaqatala, Qusar və Xaçmaz Qadın Resurs Mərkəzlərində keçirilən görüşlər çərçivəsində icmalar üçün spesifik problemlər müzakirə edilib. Görüşlərdə Xaçmaz və Qusar rayon İcra Hakimiyyətlərinin müavinləri və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının rəhbərləri ilə məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində vaxtında və operativ müdaxilənin aparılması, mühafizə orderlərinin verilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb. 
 
Bundan əlavə, qeyd edilən rayonlarda kiçik sahibkarlıqla məşğul olan qadın qrupları ilə biznes fəaliyyətlərinin gücləndirilməsi məqsədilə görüşlər keçirilib. Qadınlara yerlərdə əhəmiyyət kəsb edən  məsələlərə qarşı diqqətli olmaları və problemlərin həllində yaxından iştirak etmələri tövsiyə edilib. 
 
Görüşlərdə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və BMT-nin İnkişaf Proqramının “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin rəhbəri Vüsalə Qarayeva iştirak edib. 
 
Daha sonra Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayevanın mütəxəssislərlə görüşü keçirilib.  Görüş çərçivəsində sosial işin aparılması il bağlı fərdi hallar üzrə monitorinq aparılaraq mütəxəssislərə təlimatlar verilib. Eyni zamanda müxtəlif sahələr üzrə qiymətləndirmə formaları müzakirə edilib.