Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə silsilə tədbirlər keçirilir

9 iyul 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların yay istirahəti və asudə vaxtının səmərəli təşkili məqsədilə  silsilə tədbirlər həyata keçirilir.

Tədbirlərdə UADM-in əməkdaşları, benefisiarlar və mərkəzin könüllüləri iştirak edib. İştirakçılar əvvəlcə Heydər Əliyev mərkəzinə ekskursiya ediblər. Burada onlara Ümummilli liderin həyat və fəaliyyəti haqqında ətraflı məlumat  verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra uşaqlara mütaliə vərdişlərini aşılamaq məqsədilə UADM-in əməkdaşları tərəfindən onlara maraqlı mövzularda hekayələr oxunub və müzakirələr edilib. Uşaqlarda bədii qiraətə olan marağı artırmaq və nitq mədəniyyətini formalaşdırmaq baxımından bu cür məşğələlərin böyük əhəmiyyəti vardır.

Daha sonra uşaqlar Heydər Əliyev parkında əyləncəli vaxt keçiriblər. Qeyd edək ki, keçirilən bütün tədbirlər uşaqlar və onların valideynləri tərəfindən məmnunluqla qarşılanıb.