Uşaq və Ailələrə Dəstək Mərkəzləri “26 İyun - Silahlı Qüvvələr Günü” ilə əlaqədar tədbirlər keçirir

26 iyun 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması məqsədilə "Tarix yazmış Azərbaycan Ordusu" mövzusunda tədbir keçirilib. 
 
Tədbir çərçivəsində dövlətimizin gücünü, ordumuzun yenilməzliyini və qəhrəmanlığını uşaqlara nümayiş etdirmək məqsədilə “Hərbi Qənimətlər Parkı”na ziyarət təşkil edilib. Parkda ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri seyr edilib. 
 
Bundan əlavə, tədbirin davamı olaraq, iyunun 26-da Komitənin qeydiyyatında olan könüllü ailə və Şüvəlan UADM-nin birgə təşkilatçılığı çərçivəsində şəhid və qazi ailələrinin uşaqlarının iştirakı ilə əyləncəli tədbir təşkil edilib.