Dövlət Komitəsinin könüllüləri ilə onlayn görüş keçirilib

17 iyun 2021

Paylaş:

17 iyun 2021-ci il tarixində seçim mərhələsindən uğurla keçən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllülərinin iştirakı ilə ilkin onlayn görüş keçirilib.

Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova görüşdə çıxış edərək, Komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə bəhs edib.

Daha sonra şöbənin aparıcı məsləhətçisi Müseyib Şirəliyev Komitə tərəfindən həyata keçirilən araşdırma və təhlillər, eyni zamanda könüllülük fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Yekunda könüllülərin sualları cavablandırılıb. Tədbirdən 25 nəfər könüllü faydalanıb.