“Gənclərin məşğulluq problemləri və onların həlli yolları” mövzusunda növbəti onlayn təlim keçirilib

21 may 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə UNEC nəzdində Sosial-İqtisadi Kollecinin tələbələri üçün “Gənclərin məşğulluq problemləri və onların həlli yolları” mövzusunda onlayn təlim keçirilib.

Qeyd edək ki, təlim Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin davamı olaraq baş tutub.

Tədbiri giriş sözü ilə açan UNEC nəzdində Sosial-İqtisadi Kollecin Tərbiyə İşləri üzrə direktor müavini Zaur Vəliyev tələbələri salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs edib.

Daha sonra Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov iş axtarışının düzgün aparılması, o cümlədən işaxtaran və işsiz şəxslərin, gənc ailələrin sosial müdafiəsi məqsədilə “İşə düzəlməkdə çətinlik çəkən şəxslər üçün faydalı məsləhətlər” adlı təqdimatla çıxış edib.

Tədbirin sonunda UNEC nəzdində Sosial-İqtisadi Kollecin istehsalat təcrübə rəhbəri Natiq Musayev cıxış edərək tədbirin faydasından danışıb və bu kimi tədbirlərin davamlı olaraq tələbələr arasında keçirilməsinin vacibliyini  vurğulayıb.

Yekunda UNEC nəzdində Sosial-İqtisadi Kollecinin tələbələri tərəfindən ekspertə yönəlmiş suallar cavablandırılıb.

Tədbirdə 60-dan çox tələbə iştirak edib.