Xalq rəssamı Tahir Salahov vəfat edib

21 may 2021

Paylaş:

Bu gün Azərbaycan və Rusiyanın Xalq rəssamı, Dövlət mükafatı laureatı  Tahir Salahov vəfat edib.

Realist rəssam Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü seçilib, fəxri adlara, mükafatlara layiq görülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi adından görkəmli sənətkarımızın ailəsinə dərin hüznlə baş sağlığı verir, səbr diləyirik.