Beynəlxalq Ailə Günü münasibəti ilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri nümunəvi ailələrlə görüşüb

15 may 2021

Paylaş:

15 may - Beynəlxalq Ailə Günü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən pandemiyanın tələblərinə əməl etməklə milli – mənəvi, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması məqsədi ilə uzunömürlü və çoxuşaqlı ailələrlə görüşlər təşkil edilib.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə imzaladığı müvafiq Sərəncamına əsasən İsmayıllı şəhərinin Natəvan küçəsində müasir üslubda tikilmiş binada mənzillər ilə təmin olunmuş nümunəvi ailələrə səfərlər edilib.
Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Zaqatala sakini, 67 il birgə ömür sürmüş nümunəvi Həsənovlar ailəsinə səfər edərək, ailənin çoxsaylı övladlarının əhatəsində xoş xatirələrini bölüşüblər.
Sonda ailələrə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.
Həmçinin Zaqatala UADM tərəfindən ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi məqsədi ilə əhali arasında sorğular təşkil olunaraq maarifləndirici materiallar paylanılıb.