"Uşaqlar və ailələrlə sosial iş və reabilitasiyanın təşkili" mövzusunda təlimlər keçirilir

15 may 2021

Paylaş:

5 May Beynəlxalq Ailə Günü münasibəti  ilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi silsilə tədbirlər davam edir. 
 
Ailə Günü tədbirləri çərçivəsində “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Uşaqlar və ailələrlə sosial iş və reabilitasiyanın təşkili" mövzusunda 3 günlük təlimlər başlayıb. 
 
Təlimlər Komitənin aparat rəhbəri,  sosial iş üzrə mütəxəssis Ceyran Rəhmətullayeva tərəfindən keçirilir. 
 
Təlimin birinci günündə sosial işçilərin bacarıqlarının artırılması, müxtəlif situasiyalarda müraciətlərə tətbiq edilə biləcək yanaşmalarla bağlı mövzular müzakirə edilib. 
 
Sığınacaq və reabilitasiya mərkəzlərində çalışan sosial işçi və psixoloqların iştirakı ilə keçirilən təlimərdə ailələrlə sosial iş, ailələrin qiymətləndirilməsi, reabilitasiyanın təşkili və s. mövzular üzrə təqdimatların edilməsi nəzərdə tutulur.