Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15 may - Beynəlxalq Ailə Günü münasibəti ilə ailələrə səfər edilib

15 may 2021

Paylaş:

15 may - Beynəlxalq Ailə Günü ərəfəsində Zərdab, Saatlı və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən  şəhid və qazi ailələrinə səfərlər təşkil edilib.

Görüş zamanı ailələrin sosial problemləri və məişət qayğıları ilə maraqlanılıb, igid oğullarımızın keçdiyi həyat yollarından, müharibədə göstərdikləri şücaətdən danışılıb. Həmçinin belə ailələrin gənclərə bir nümunə olmasından bəhs edilib.

Sonda ailələrə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.