“Şanlı Zəfər Yolumuz” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qalibləri müəyyən olundu

8 may 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  Ümummili Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 1-30 aprel 2021-ci il tarixində gənc yazarlar və jurnalistlər arasında keçirilən “Şanlı Zəfər Yolumuz” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinə yekun vurmuşdur.

Müsabiqənin 1-ci mərhələsinin nəticələrinə görə İşçi Qrupuna 75 yazı daxil olmuşdur.

Təqdim olunmuş məqalələrin Münsiflər Heyəti tərəfindən dəyərləndirilməsi prosesi başa çatmış və qaliblər müəyyən olunmuşdur.

Nəticələrə  əsasən:

I yerin qalibi Zərdab rayon sakini,  II Qarabağ Müharibəsinin iştirakçısı, qazi Hüseyn Kərimov;

II yerin qalibi İsmayıllı rayon sakini,  jurnalist Xavər Abbasova;

III yerin qalibi Saatlı rayon sakini, şəhid bacısı Günel Rəsulova-Səfərova elan edilmişdir.

 Müsabiqənin mövzusu  məktəblilərin də böyük marağına səbəb olmuş, onlar tərəfindən müsabiqəyə yazı təqdim edilmişdir. Bunu nəzərə alaraq Münsiflər Heyəti tərəfindən şagirdlərin də yazıları qiymətləndirilmişdir.

 Şəki şəhəri 18 saylı orta məktəbin XI sinif şagirdi Mülayim Hümmətova və Bakı şəhəri, Xətai rayon 25 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Abdullah Hacıyev həvəsləndirici mükafata layiq görülmüşdür.

Qalib yazıları diqqətinizə təqdim edirik.

Hüseyn Kərimov I yer

Xavər Abbasova II yer

Günel Rəsulova-Səfərova III yer

Mülayim Hümmətova Həvəsləndirici mükafat

Abdullah Hacıyev həvəsləndirici mükafat