Dövlət Komitəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş xeyriyyə tədbiri keçirilib

8 may 2021

Paylaş:

8 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Atlas klinikasının təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla 10 may – Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.

Aksiya çərçivəsində uşaq sığınacaqlarında yaşayan 30 uşağın həkimlər tərəfindən müayinə və müalicə olunmasına köməklik göstərilib.

Tədbirdə iştirak edən uşaqlar kardioloq, oftalmoloq, dermatoloq, nevropatoloq və pediatr müayinəsindən, labarator yoxlamalardan keçirilib.  Yaş kateqoriyasına uyğun olaraq ehtiyacı olanlar psixoloqa və klinika tərəfindən fizioterapiya müalicəsinə yönlədirilib.