Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

28 aprel 2021

Paylaş:

Azərbaycanın dəyərli elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
Araşdırmaları və tədqiqatları ilə oftalmologiya elminə töhvə verən, gənc kadrların yetişdirilməsində əvəzsiz rolu olan alim, fəal ictimai xadim Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülüb.

Hörmət və ehtiramla anırıq!