Novruz Bayramı ilə əlaqədar ailələrə səfərlər davam etdirilir

18 mart 2021

Paylaş:

Hacıqabul, Qəbələ, Zərdab və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə şəhid olan və qazilərin ailələrinə, həmçinin aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan  ailələrə səfər edilib.  

Mərkəzlərin əməkdaşları ailələrin problemləri ilə tanış olaraq, onların həllində köməklik göstərilməsi üçün qeydə alınıb və ailələrə bayram sovqatı təqdim olunub.