“Qızlar müzakirəyə qoşulur” adlı maarifləndirici tədbir keçirildi

16 mart 2021

Paylaş:

16 mart 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Komitənin layihəsi olaraq yaradılan Uşaq Səfirlər Məclisinin təşkilatçılığı ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 1 nömrəli, 2 nömrəli və 3 nömrəli tam orta məktəbin qız şagirdləri ilə onlayn formatda “Qızlar müzakirəyə qoşulur” adlı maarifləndirici tədbir keçirilib.

Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək, Komitə tərəfindən uşaqların bilik və bacarıqlarının artırılması, onların potensialının aşkar edilməsi, müstəqil özünü ifadə etmək bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirilməsi, uşaqların cəmiyyətdə üzləşə biləcəyi zorakılıq hallarından müdafiəsi, onların öz hüquqlarını bilməsi barəsində ətraflı məlumat verilib.

30-dan çox uşağın iştirakı ilə keçirilən tədbir zamanı Uşaq Səfirlər Məclisinin üzvləri uşaq hüquqlarının qorunması, cəmiyyətdə uşaqların fəallığının artırılması, sağlam həyat tərzinin təbliği, liderlik keyfiyyətlərinin inkişafı, məktəblərdə tanınmış fəal alim, idmançı, ixtiraçı qadınlarla mütəmadi görüşlərin təşkil olunması və digər məsələlər istiqamətində fikirlərini səsləndiriblər.

Daha sonra Uşaq Səfirlər Məclisinin nümayəndələri növbəti tədbirin Qobu kənd məktəbinin qız şagirdləri tərəfindən “Asudə vaxtın səmərəli təşkili” mövzusunda keçirilməsi barəsində təklif irəli sürüblər.

Tədbir müzakirələrlə davam edib.