Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən maarifləndirmə tədbirləri davam edir

20 fevral 2021

Paylaş:

18 fevral 2021-ci il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Goranboy şəhər 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinə “Koronavirusa birlikdə qalib gələk!” adlı   tədbir keçirilib. Tədbirdə Goranboy UADM-in əməkdaşları və məktəbin şagird kollektivi iştirak ediblər.

Tədbirdə şagirdlər Covid-19 virusu haqqında bir daha məlumatlandırılıblar. Şagirdlərə koronavirusa yoluxma yollarından, onun fəsadlarından və virusdan qorunma üsullarından danışılıb.

Tədbirin sonunda iştirakçılara “Koronavirus-Covid-19” adlı bukletlər paylanılıb.

Həmçinin, 20 fevral 2021-ci il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Goranboy şəhər 2 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinə  “Erkən nikah uşaqlara qarşı zorakılıqdır!”adlı tədbir keçirilib. Tədbirdə Goranboy UADM-in əməkdaşları və məktəbin şagird kollektivi iştirak ediblər.

Tədbirdə erkən nikahlardan, onların başvermə səbəblərindən, sonrakı fəsadlarından və nəticələrindən danışılıb. Daha sonra uşaqlara qarşı zorakılığın növləri, erkən nikahlara qarşı mübarizə yolları barədə məlumat verilib.

Tədbirin sonunda iştirakçılara “Uşaqlığımı əlimdən almayın!” adlı bukletlər paylanılıb.