Könüllü Əhmədovlar ailəsinə təşəkkürnamə təqdim olunub

22 fevral 2021

Paylaş:

22 fevral 2021-ci il tarixində 15 illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin nümunəvi fəaliyyətlərinə görə təltif etdiyi könüllü Əhmədovlar ailəsinə təşəkkürnamə təqdim edilib.  

Təşəkkürnamə Zərdab rayon İcra Hakimiyyəti və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) əməkdaşları tərəfindən təqdim olunduqdan sonra ailə başçısı Dövlət Komitəsi və Zərdab UADM-nə dərin minnətdarlığını bildirərək, gələcəkdə  də ailəlikcə könüllü fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib.