Gənclər Günü münasibəti ilə onlayn görüş keçirildi

2 fevral 2021

Paylaş:

02 fevral 2021-ci il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibəti ilə onlayn görüş keçirilib.

Görüşdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, mərkəzin könüllüləri, Zərdab Gənclər Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin əməkdaşları və mərkəz benefisiarları iştirak edib.

Görüşdən öncə  iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Onlayn formatda keçirilmiş tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər bildirib ki, bugünkü gənclər vətənpərvər, təhsilə meylli, milli-mənəvi, mədəni köklərinə bağlı, cəmiyyətin sosial məsələlərinə diqqətli və təşəbbüskardırlar. Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət dəstəyinin göstərilməsi sahəsində yeni formatlar tətbiq edilir. Gənclərin ictimai təşəbbüskarlığı, iştirakçılığı, təşkilatlanması məsələləri də əsas məqsədlərdəndir.

Görüş sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.