“Yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili” adlı onlayn görüş keçirilib

4 fevral 2021

Paylaş:

04 fevral 2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Yeniyetmə və gənclərin asudə vaxtının  səmərəli təşkili” adlı onlayn  görüş keçirilib.

Görüşdə Qəbələ UADM-in sosial iş üzrə mütəxəssisləri, Qəbələ RİH-nin  nümayəndəsi Anar Şirinov, Gənclər İdman İdarəsinin rəhbəri Fəxri Soltanov, Qəbələ Heydər Əliyev Mərkəzinin əməkdaşları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin könülləri və mərkəz könüllüləri iştirak edib.

Görüş zamanı yeniyetmə və gənclər üçün nəzərdə tutulan gənclər evinin, gənclər fondunun yaradılması, onların  asudə vaxtlarının təşkili, məşğulluğunun təmin edilməsi və s. işlər  haqqında danışılıb. Yeniyetmə və gənclərə  göstərilən dövlət qayğısı xüsusi ilə vurğulanıb. Pandemiya dövründə gənclərə fiziki tərbiyə ilə məşğul olmağın fiziki inkişafın sağlamlıqla yanaşı, onların mənən formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

Görüşdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən keçirilən bütün tədbirlərin yeniyetmə və gənclərin hərtərəfli inkişafına yönəldilməsi haqqında məlumat verilib.

Görüşün sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.