Tvinninq layihəsi çərçivəsində onlayn dəyirmi masa təşkil olunub

2 fevral 2021

Paylaş:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Litva və Avstriyadan olan müvafiq təşkilatların tərəfdaşlığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən Tvinninq layihəsi çərçivəsində 2 fevral 2021-ci il tarixində onlayn dəyirmi masa keçirilib. 

Dəyirmi masanın keçirilməsində məqsəd gələcəkdə ölkədə məişət zorakılığının kriminallaşdırılması üçün hüquqi mühitin qiymətləndirilməsi olub. 

Müzakirələr zamanı Cinayət Məcəlləsində  və Cinayət Prosessual Məcəlləsində məişət zorakılığının kriminallaşdırılması baxımından mövcud olan boşluqlar və edilməli olan mümkün düzəlişlər müzakirə olunub və məişət zorakılığının kriminallaşdırılması ilə bağlı iştirakçıların fikirləri öyrənilib.

Müzakirələrdə Dövlət Komitəsinin Hüquqi Təmiat şöbəsinin müdiri Taliyə İbrahimova, şöbənin sektor müdiri Vəfa Ələkbərova, eləcə də Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Dövlət Universiteti və AMEA nümayəndələri iştirak edib.