Növbəti könüllü ailə Məmiyevlər ailəsidir

2 fevral 2021

Paylaş:

“Ailə könüllüləri” layihəsi çərçivəsində könüllülərimizin müxtəlif ailələrə ziyarəti  davam edir. Könüllülər qonaq olduqları ailələrin həyat hekayələrini dinləyir, eyni zamanda ailə dəyərlərinin təbliği, nümunəvi ailələrin tanıdılması istiqamətində Komitənin işinə dəstək olmağa çalışırlar.

Biləsuvar rayonunda yaşayan Məmiyevlər ailəsi  rayonun  ziyalı ailələrindən olan Məhərrəmovların qonağı  olublar. Təqaüddə olan ibtidai sinif müəllimi Qaçay müəllimin yubiley yaşının və 3-cü sinifdən 5-ci sinfə eksternat yolla keçən nəvəsi Güllü Məhərrəmlinin xoş günlərinin təbrikinə qoşulmuş, çay süfrəsi ətrafında maraqlı söhbətlər etmiş  və baba –nəvə münasibətlərinin düzgün qurulmasının şahidi olmuşlar.