Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzində şəhidlərin xatirəsi yad edilib

19 yanvar 2021

Paylaş:

19 Yanvar 2021 – ci il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar-Şəhidlərimizin Anım Günüdür!” adlı tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin əməkdaşları və 8 saylı məktəbin şagirdləri iştirak ediblər.

Tədbirdə  bildirilib ki, 20 Yanvar təkcə faciə kimi deyil, həm də  istiqlaliyyətimizin zirvəsi, azadlıq istəyimizin oyanış günü kimi tariximizə düşmüşdür. Bu tarix həm də, xalqın azadlıq səsini ucaltdığı , öz suverenliyi  uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Bu il xalqımız 20 Yanvar hadisələrinin 31-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirlər.

Tədbirdə 8 saylı məktəbin 6-cı sinif şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş rəsmlərini nümayiş etdiriblər. Tədbirdən sonra Hacıqabul UADM kollektivi  Vətən Müharibəsində şəhid olmuş  qəhrəmanlarımızın  məzarlarını ziyarət edib və üzərinə qərənfil dəstələri qoyublar.