“Analar təlimçi olanda” mövzusunda seminar keçirilib

24 yanvar 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birlikdə “COVİD-19 dövründə qadın sahibkarlığının inkişafı” adlı layihə həyata keçirir. 
 
Ötən bir ay ərzində qadınlara maliyyənin idarə olunması, biznesin təşkili, eyni zamanda koronovirusdan qorunma üsulları və digər mövzularda təlimlər keçirilib.​
 
​24 yanvar 2021-ci il tarixində layihəyə cəlb olunmuş qadınların öyrəndiklərini öz uşaqları ilə paylaşmaları məqsədilə onlayn təlim keçirilib. Valideynlər tərəfindən uşaqların suallarının cavablandırılması təlimlərin təkcə analar üçün yox, bütövlükdə ailə üçün səmərəli olduğunu göstərib. Belə ki, təlimlər müddətində israfçılığa yol verilməməsinin vacibliyi, nizam-intizama və səliqəyə önəm verilməsinin əhəmiyyəti kimi məlumatlar uşaqların diqqətinə çatdırılıb.
 
Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin “Bir ananı maarifləndirməklə bir ailəni, bir nəsli maarifləndirmiş oluruq” şüarından ilhamlanaraq təşkil olunan təlimlərdə ümumilikdə 60 ailə əhatə edilib.