Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir

26 yanvar 2021

Paylaş:

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir. Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyənlər 09.02.2021-ci il tarixinədək (iş günləri saat 10.00-dan 17.00-dək) Komitə yanında İctimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər. Sənədlər Komitənin Kadr və Kargüzarlıq şöbəsinə və ya elektron poçt ünvanına (informasiya.aqupdk@scfwca.gov.az) təqdim edilməlidir. Ünvan: Ü.Hacıbəyli 80, Hökumət Evi

Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri göstərməklə müraciət edə bilərlər:

  • səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
  • vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
  • təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;
  • səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi.

Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  yanında İctimai Şuraya  seçki ilə bağlı səsvermə  19 fevral 2021-ci il tarixində saat 10:00-dan – 15.00-dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında (Üzeyir Hacıbəyli, 68) keçiriləcək.