Uşaq və Ailələrə Dəstək Mərkəzləri texniki avadanlıqlarla təmin edilib

25 yanvar 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə növbəti tədbir həyata keçirib.
İkitərəfli əməkdaşlığın davamı olaraq, Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkün və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı proqramı (EPİC) çərçivəsində COVİD-19 pandemiyası ilə mübarizənin daha təkmil aparılması, Vətən müharibəsi dövründə zərər çəkmiş əhalinin vəziyyətinin yaxşılaşdırılması, vətəndaşlara göstərilən sosial, psixoloji və hüquqi dəstəyin daha da gücləndirilməsi, uşaq inkişafı istiqamətində xidmətlərin təkmilləşdirilməsi məqsədilə Komitə nəzdində fəaliyyət göstərən Ağdam, Göygöl və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə texniki avadanlıqlar təqdim edilib.