“Vətənpərvərlik və milli-mənəvi dəyərlər” mövzusunda onlayn görüş keçirildi

18 yanvar 2021

Paylaş:

18 yanvar 2021-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Vətənpərvərlik və milli-mənəvi dəyərlər” adlı onlayn görüş keçirilib.

Şüvəlan UADM-in əməkdaşlarının, Vətən müharibəsi qazisinin, mərkəz xidmətlərindən yararlanan benefisiarların iştirakı ilə keçirilən görüşdə "Vətən və vətənpərvərlik", "Vətən sevgisi", "Vətənə bağlılıq", "Milli-mənəvi dəyərlər" mövzuları müzakirə olunub.

Görüşdə iştirak edən Vətən müharibəsi qazisi Vətənin müqəddəsliyi, torpaqlarımız uğrunda öz canı bahasına göstərdiyi qəhrəmanlıqlardan danışıb və Vətənə sədaqətin vacibliyini vurğulayıb.

 Görüşün sonunda uşaqlar vətənpərvərlik mövzusunda  şeirlər söyləyiblər.